Ramzan Kadırov qərbin sanksiyalarını "siçan" adlandırdı
Bizi izləyin

Dünya

Ramzan Kadırov qərbin sanksiyalarını "siçan" adlandırdı

Çeçenistanın başçısı Ramzan Kadırov "Rusiya" bankında özünə hesab açıb. O, bu barədə özünün “Instagram” səhifəsində bildirib.

Çeçenistanın başçısı Ramzan Kadırov "Rusiya" bankında özünə hesab açıb. O, bu barədə özünün “Instagram” səhifəsində bildirib.

"Söz verdiyim kimi, 24 mart 2014-cü il tarixindən mən bankın müştərisi oldum. İndi mənim maaşım sizin şəkildə gördüyünüz karta köçürüləcək. Bank milli valyutamızla işləyir, etibarlıdır və tez xidmət göstərir", - deyə Kadırov yazıb.

Eyni zamanda, Kadırov "Rusiya" bankına əminliyini ifadə edərək onların "böyük gələcəyi var" sözlərini yazıb.

"Qərb öz siçan sanksiyaları ilə bankımıza əvəzolunmaz xidmət etdi", - deyə Kadırov bildirib.

Qeyd edək ki, martın 21-dən ABŞ Rusiyanın iş adamlarına sanksiyaları səbəbindən beynəlxalq ödəniş sistemləri “Visa” və “MasterCard”ın Rusiya banklarında xidmətini dayandırıb.

Bu səbəbdən "Rusiya" səhmdar banki 28 martdan yalnız milli valyuta ilə işləmək qərarına gəlib.

Rusiya prezidenti Vladimir Putin də "Rusiya" bankında özünə hesab açan ilk müştərilərdəndir. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm