• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Peşəkar futbolçu olan terrorçuya 78 min avro ödənildi

  • Dünya
  • 13 May 2016 17:00
  • 437 Baxış
Peşəkar futbolçu olan terrorçuya 78 min avro ödənildi

Belçika “Əl-Qaidə” terrorçusu Nizar Trabelsinin ailəsinə 78 min avro ödəyib.

Publika.az xəbər verir ki, bu haqda “DH.be” saytı bildirib.

Pulun köçürülməsi faktını ölkənin ədliyyə naziri Koen Qens təsdiq edib.

Nizar Trabelsi NATO-nun Belçikadakı hərbi bazasına terror hücumuna hazırlıqda ittiham edilərək 2003-cü ildə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2008-ci ildə ABŞ Trabelsinin Parisdəki Amerika səfirliyinə qarşı terror hücumuna hazırlaşdığı barədə sübutları təqdim edərək onun ABŞ-a ekstradisiyası məsələsini qaldırıb.

ABŞ-a ekstradisiya olunan Trabelsi ömürlük həbsə məhkum edilib. 2014-cü ildə Avropa Məhkəməsi Belçika dövlətini Trabelsinin ailəsinə kompensasiya kimi 90 min avro ödəməyə məcbur edib. Vergilər çıxıldıqdan sonra ödəniləcək məbləğ 78 min 791 avro olub.

Məlumata görə, Trabelsi “Əl-Qaidə” terror qruplaşmasının üzvü olub. Ekstremistlərə qoşulmadan əvvəl, o, peşəkar futbolçu olub və Almaniyanın “Fortuna” klubunda oynayıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>