Müxalifət Baxçalını məğlub etdi – MHP qurultaya gedir
Bizi izləyin

Dünya

Müxalifət Baxçalını məğlub etdi – MHP qurultaya gedir

Ankara 2-ci İcra Məhkəməsi Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxili müxalifətinin etirazını qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya növbədənkənar qurultaya gedir.

Partiya müxalifəti qurultayın mayın 15-də keçiriləcəyini açıqlayıb. Mənbələr planlaşdırıldığı kimi qurultayın Ankara Böyük Anadolu Otelində keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, 1 noyabr 2015-ci il seçkilərindən sonra növbədənkənar qurultay tələbi ilə hərəkətə keçən MHP sədrliyinə namizədlər Meral Akşener, Koray Aydın və Sinan Oğan yanvar ayında topladıqları 543 imzanı partiyanın baş qərargahına təqdim ediblər. Bu rəqəm tələb olunan imza sayından 2 dəfə artıqdır. Lakin partiya sədri Dövlət Baxçalı qurultayın keçirilməsinə qarşı çıxıb. Vəziyyəti belə görən müxaliflər məhkəməyə üz tutublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm