ABŞ: “Türkiyə ilə razılaşdıq, əməliyyat başlanır”
Bizi izləyin

Dünya

ABŞ: “Türkiyə ilə razılaşdıq, əməliyyat başlanır”

Türkiyə və ABŞ Şimali Suriyada İŞİD terror təşkilatının əlində olan Mınbiç-Mare xəttinin təmizlənməsi üçün razılaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin köməkçisi Antoni Blinken deyib.

“Bildiyiniz kimi, ötən il bu mövzuda əldə etdiyimiz ən böyük müvəffəqiyyət sərhədin Fərat çayına qədər olan hissəsinin 90 faizinin İŞİD-in əlindən alınması oldu. Lakin İŞİD Mınbic-Mare xətti vasitəsilə xarici döyüşçülərin keçməsini təmin edir. İŞİD Türkiyə və Avropaya qarşı hücumlar həyata keçirir”, - amerikalı diplomat bildirib.

Onun sözlərinə görə, Mınbiç-Mare xəttinin təmizlənməsi üçün yerli qüvvələr dəstəkləniləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm