“Tramp ABŞ-ın son prezidenti olacaq” - PROQNOZ
Bizi izləyin

Dünya

“Tramp ABŞ-ın son prezidenti olacaq” - PROQNOZ

Məşhur amerikalı aktyor Conni Depp ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aktyor prezident seçkilərində qələbə qazanacağı halda Respublikaçılar Partiyasından prezidenliyə iddiaçı, milyarder Donald Trampun ABŞ-ın son prezidenti olacağını bildirib.

“Əgər Donald Tramp prezident seçilsə, bu çox həyəcanlı olacaq. Çünki ABŞ-ın son prezidentini görəcəyik”, - Conni Depp deyib.

Qeyd edək ki, Respublikaçılar Partiyasında keçirilən daxili seçkilərdə bütün rəqiblərinə qalib gələn Trampın seçkilərdə partiyanı təmsil edəcəyi şübhəsizdir. Demokratlar Partiyasında isə keçmiş dövlət katibi Hillari Klinton liderlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm