Türk sahibkar sərvətini işçilərə payladı – VİDEO
Bizi izləyin

Dünya

Türk sahibkar sərvətini işçilərə payladı – VİDEO

ABŞ bazarında özünə məxsus yeri olan yoğurt istehsalçısı “Çobani” (“Chobani”) şirkətinin prezidenti və təsisçisi Hamdi Ulukaya dünyada bir ilkə imza atıb.

Axar.az xəbər verir ki, işçilərini uğurunun əsas səbəbi sayan şirkət rəhbəri səhmlərinin 10 faizini onların adına rəsmiləşdirib. Müsəlman milyarderin bu addımı sayəsində şirkətdə çalışan 2 min işçinin hər birinə 150 min dollar pul çatıb.

Hamdi Ulukaya çıxışında qeyd edib ki, bundan sonra artıq işçi və işə götürən deyil, eyni zamanda, tərəfdaş olaraq da fəaliyyət göstərəcəklər və onun fikrincə, bütün şirkət əməkdaşları bir böyük ailədir.

Ötən il Hamdi Ulukaya daha bir ilkə imza atmışdı. O, “Hetvey” şirkətinin rəhbəri Varren Buffett və “Maykrosoft”un sahibi Bill Qeyts tərəfindən başlanan xeyriyyə aksiyasına qoşulmuş və 1,4 milyardlıq şəxsi sərvətinin tam yarısını miqrantlara dəstək kampaniyasına sərf edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Həmdi Ulukaya yoğurt istehsal edən “Çobani” adlı şirkətini sıfırdan yaradıb və zaman ötdükcə onun sərvəti bir neçə milyard dollara çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm