Gürcülər Albaniyaya vizasız gedəcək
Bizi izləyin

Dünya

Gürcülər Albaniyaya vizasız gedəcək

Gürcüstan vətəndaşları turizm sezonunda Albaniyaya vizasız gedə biləcəklər.

Mayın 15-dən qüvvəyə minəcək vizasız rejim, noyabrın 1-dək davam edəcək. Albaniya hökumətinin məlumatına görə, ölkəyə gəlmək istəyən Gürcüstan vətəndaşlarına yalnız pasport lazım olacaq.

Albaniya Gürcüstanla yanaşı Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Belarus vətəndaşlarına qarşı da viza rejimini bu müddət ərzində ləğv edəcək.

Ölkəyə turist axınını artırmaqda məqsəd ölkə iqtisadiyyatını inkişaf etdirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm