Rusiya təbliğatçısı Putini təkzib etdi - VİDEO
Bizi izləyin

Dünya

Rusiya təbliğatçısı Putini təkzib etdi - VİDEO

Rusiya təbliğatçısı və televiziya aparıcısı birbaşa yayımda Moskvanın “gizlətmək” istədiyi həqiqəti ortaya qoyub.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, aparıcı Pyotr Tolstoy Rusiya ordusunun təcavüzünü və Rusiya hərbçilərinin Donbasda mövcudluğunu etiraf edib.

Yaroslav Lebedev “Facebook” səhifəsində bunu göstərən videonu yayıb.

Aparıcı Ukrayna ordusunu da qanunsuz silahlı qruplar adlandırıb.

Qeyd edək ki, rəsmi Moskva Rusiya hərbçilərinin Ukraynanın şərqində olması barədə iddiaları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm