Rusiya azərbaycanlıların öldürdükləri 6 nəfər üçün 3,5 milyon ödəyəcək
Bizi izləyin

Dünya

Rusiya azərbaycanlıların öldürdükləri 6 nəfər üçün 3,5 milyon ödəyəcək

Rusiyanın Samara vilayətinin hakimiyyəti aprel ayında öldürülən polis polkovniki və qohumlarının yaxınlarına 3,5 milyon rubl (təxminən 54 min dollar) ödəyəcək.

Publika.az ”İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Samara vilayətinin hökumətinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Qeyd edək ki, aprelin 24-də Samara vilayətinin Sızran rayonunun İvaşevka kəndində evlərdən birində üzərində zorakılıq əlamətləri olan iki kişi və dörd qadın cəsədi aşkar edilib. Onların arasında Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə qərargahının rəis müavini, polkovnik Andrey Qoşt və onun qohumları var idi. Hadisə yerindən ağır vəziyyətdə olan 2009-cu il təvəllüdlü qız xəstəxanaya çatdırılmışdı.

Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (iki və daha çox şəxsin qətli) cinayət işi qaldırılıb. Aprelin 30-u və mayın 1-də Samara vilayətində cinayət işində şübhəli bilinən üç Azərbaycan vətəndaşı - İslam Babayev, Orxan Zöhrabov və Roman Fətəliyev saxlanılıb. Mayın 4-də isə Moskvanın “Domodedovo” aeroportunda Tacikistan vətəndaşı Mahmadali Ahmedov dördüncü şübhəli qismində saxlanılıb.

Həmin gün İslam Babayev, Orxan Zöhrabov, Roman Fətəliyev və Mahmadali Ahmedova rəsmi ittiham irəli sürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm