Türkiyədə Twitter açıldı
Bizi izləyin

Dünya

Türkiyədə Twitter açıldı

Türkiyədə Twitter sosial şəbəkəsinə giriş bərpa edilib.

Türkiyədə Twitter sosial şəbəkəsinə giriş bərpa edilib.


Türkiyənin Rabitə və Telekommunikasiya nazirliyi Konstitusiya məhkəməsinin Twitterlə bağlı verdiyi qərarından sonra müvafiq tədbirlər görüldüyünü açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hazırda Twitterə girişin bərpa edilməsi istiqamətində işlər gedir. Artıq ölkənin bəzi yerlərində Twitterə girmək mümkündür.

Xatırladaq ki, Türkiyənin Konstitusiya məhkəməsi Twitter sosial şəbəkəsinə girişin qadağan edilməsini konstitusiyanın 26-cı maddəsinə əsasən istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirmişdi.

Qeyd edək ki, martın 21-dən Türkiyədə Twitter şəbəkəsinə, martın 27-dən isə Youtube portalına giriş qadağan edilib.(ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm