Putin ən böyük zərbəni onlara vurdu
Bizi izləyin

Dünya

Putin ən böyük zərbəni onlara vurdu

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində yanvarın 1-dən mayın 10-dək bu ölkə pomidor ixracatında 65 milyon dollarlıq zərər görüb. Ümumilikdə isə tərəvəz ixracında isə 85 milyon dollarlıq itki qeydə alınıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında rus təyyarəsinin vurulması səbəbindən yaranan gərginlik ən çox iqtisadi münasibətlərə təsir edib, xüsusən də meyvə-tərəvəz ixracında itkilərə səbəb olub. Turizmdən kənd təsərrüfatına qədər bir çox sahələrə təsir edən bu gərginlikdən ən çox pomidor istehsalçıları zərər görüb.

Keçən il bu vaxta qədər ölkədə pomidor idxalından 197 milyon 934 min dollar gəlir əldə edildiyi halda, bu il gəlir 32.9% aşağı enib. Rusiyadan qaynaqlanan itkiləri alternativ mənbələrdən bərpa etməyə çalışırlar. Bunun üçün isə Almaniya, Ukrayna, Belarusiya kimi ölkələrin bazarlarını ərzaqla təmin edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm