Putinin “şəxsi ordu”su “qəbiristanlıq əməliyyatı” keçirdi
Bizi izləyin

Dünya

Putinin “şəxsi ordu”su “qəbiristanlıq əməliyyatı” keçirdi

Moskvanın Xovanski qəbiristanlığında bir neçə etnik cinayətkar qruplaşmanın iştirakı ilə baş verən kütləvi davanın 100-dən çox iştirakçısı saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda “Lenta.ru” saytına hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qarşıdurmanın lokallaşdırılması üçün keçirilən əməliyyata Moskva Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri general Dmitri Dayniçenko rəhbərlik edir. Beləliklə, “qəbiristanlıq əməliyyatı” Rusiyanın Milli Qvardiya güclərinin yaranmasından sonra cəlb edildiyi ilk xüsusi əməliyyat olub.

Qeyd edək ki, toqquşmalarda 500-ə qədər insan iştirak edib. “RİA-Novosti” agentliyinə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qarşıdurma nəticəsində bir neçə insan həlak olub. “Davanın gedişatında odlu silah tətbiq edilib. Buna görə də bir neçə nəfər həlak olub, ağır yaralıları var. Təcili tibbi yardım onları ərazidən çıxarır”, - agentliyin həmsöhbəti deyib.

“İnterfaks” isə şəhərin təcili tibbi xidmətdəki mənbəyə istinadən bir polis əməkdaşının həlak olduğunu yazıb.

Xatırladaq ki, prezident Vladimir Putin aprelin 5-də Milli Qvardiyanın yaradıldığını elan edib. Daxili Qoşunların tərkibində qurulan qvardiya yeni federal orqan kimi fəaliyyət göstərəcək. Quruma Putinin yaxın dostu, general Viktor Zolotov başçılıq edir.

Rəsmi Moskvanın, daha dəqiqi, Putinin izahı belədir ki, Milli Qvardiya terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Və bir növ Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) funksiyasını yerinə yetirəcək.

Lakin Qərb mediası, o cümlədən tanınmış analitik mərkəzlər bu fikirdədir ki, Putin dövlət çevrilişindən qorunmaq üçün şəxsi ordu yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm