ABŞ hərbi aviasiyası “təyyarə qəbiristanlıqları”nı geri qaytarır
Bizi izləyin

Dünya

ABŞ hərbi aviasiyası “təyyarə qəbiristanlıqları”nı geri qaytarır

Amerika Hərbi Hava Qüvvələrinin büdcəsinin çoxsaylı və daimi ixtisarları peşəkar şəxsi heyət və hərbi texnikanın kəskin çatışmazlığına gətirib çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, hazırda ABŞ Hərbi Hava Qüvvələrində ən azı 700 pilot və 4 min aviasiya mütəxəssisi çatışmır. İddiaya görə, ehtiyat hissələrin çatışmazlığı o dərəcədə hiss olunur ki, hərbi hava bazalarının əməkdaşları “təyyarə qəbiristanlıqları” və aviasiya muzeylərindən ehtiyat hissələrinin geri qaytarılmasını xahiş etməyə məcbur olublar.

“Yalnız şəxsi heyət deyil, bütün aviasiya yoruldu. Bizdə olan 20 bombardmançıdan yalnız doqquzu uça bilərlər”, - Cənubi Dakotada yerləşən “Ellsvort” təyyarə bazasının mühəndisi Bryus Pfrommer telekanala bildirib.

Məlumata görə, Fars körfəzində müharibələrin başa çatmasından sonra ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin sayı 30, təyyarələrin miqdarı 40, qırıcı eskadrilyaların sayı isə 60 faiz azalıb.

“On il ərzində Hərbi Hava Qüvvələrinin proqramlarının maliyyələşdirilməsi iki dəfə azaldılıb”, - aviasiya kapitanı Elizabet Cardinq deyib.

Oxşar vəziyyət Cənubi Kaliforniyadakı “Şou” təyyarə bazasında müşahidə olunur. Burada F-16 qırıcılarının üç eskadrilyası yerləşdirilib. Ehtiyat hissələri olmadığına görə, 79 qırıcının yalnız 42 faizi zəruri olduqda havaya qalxa bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm