PKK meqapolislərə hücuma hazırlaşır
Bizi izləyin

Dünya

PKK meqapolislərə hücuma hazırlaşır

Türkiyə daxilində və Şimali İraqda Türkiyə Silahlı qüvvələrinin əməliyyatlarında ağır zərbə alan PKK terror təşkilatı irimiqyaslı hücumlara hazırlaşır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın liderləri Şimali İraqda 3-8 may tarixləri arasında keçirdiyi toplantıda böyük şəhərlərdə həyata keçirilən terror hücumlarının artırılması barədə qərar qəbul ediblər.

Toplantıda bildirilib ki, may ayının gəlməsi ilə əlverişli hava şərtləri yaranıb və Qəndildən Türkiyəyə PKK-çıların göndərilməsi daha da asanlaşıb. PKK liderləri şəhərlərdə, xüsusilə də meqapolislərdə genişmiqyaslı terror hücumlarının həyata keçirilməsinin vacib olduğunu dilə gətiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm