Dalğa Venesuelaya çatdı: Maduroya qarşı etirazlar başladı
Bizi izləyin

Dünya

Dalğa Venesuelaya çatdı: Maduroya qarşı etirazlar başladı

Venesuelada prezident Nikolas Maduronun ölkədə 60 günlük fövqəladə vəziyyət elan etməsindən sonra Karakasda etiraz akiyaları başlayıb.

Minlərlə etirazçı Maduronun vəzifəsindən getməsi üçün referendum keçirilməsini tələb edir.

Müxalifət lideri Enrike Kapriles bildirib ki, Venesuela hər an partlamağa hazır vəziyyətdə olan bomba kimidir: “Buna görə də hamını referendum keçirilməsi üçün fəaliyyətə başlamağa çağırırıq” .

Xaricdən gələn təhlükələrlə bağlı ölkədə fövqəladə vəziyyət elan edən Maduro isə geriyə çəkilməyəcəyini bildirib. Prezident deyib ki, orduya və polisə gələn həftə üçün təlimlərə başlamaq təlimatı vermişəm. Biz hər cür ssenarilərə qarşı hazır olmalıyıq. Çünki bu torpaqlar müqəddəsidir, bu müqəddəsliyə də hörmət olunmalıdır.

Maduro deyib ki, neft ixrac edən ölkələrin birləşdiyi OPEC təşkilatında onu devirmək istəyənlər var.

Bunda əvvəl ABŞ Maduronun prezidentli dövrünü başa çatdırmadan vəzifəsindən gedəcəyi ilə bağlı narahatlığını bildirmişdi.

Hazırda Venesuela iqtisadi və enerji böhranı yaşayır. Ölkədə yüksək infilyasiya, 15 saata çatan elektirk kəsintilərinə görə hökumətə qarşı aksiyalar və tətillər keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm