Müxalifət küçədə təşkilat yaratdı
Bizi izləyin

Dünya

Müxalifət küçədə təşkilat yaratdı

Hakimiyyət orqanları yer verməkdən imtina etdiyinə görə, Belarus Milli Konqresinin təsis qurultayı küçədə keçirilib.

Müxalifət fəalları Minskin mərkəzindəki Yanka Kupala bağında toplaşıb. Bu toplantıda Belarus Milli Konqresinin yaradılması elan edilib. Toplantıda 300-ə yaxın adam iştirak edib.

Təşkilat komitəsinin tərkibinə prezidentliyə keçmiş namizədlər Nikolay Statkeviç və Vladimir Neklyayev, Ali Sovetin keçmiş sədri Stanislav Şuşkeviç də var.

Toplantıda ölkədəki iqtisadi böhran və 2016-ci ilin payızında keçiriləcək parlament seçkiləri müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm