“Kasablanka”nın sonuncu ifaçısı da öldü
Bizi izləyin

Dünya

“Kasablanka”nın sonuncu ifaçısı da öldü

1942-ci ildə ekranlara çıxmış klassik “Kasablanka” filminin həyatda qalmış son ifaçısı – Madeline Lebe vəfat edib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aktrisanın ogey oğlu Karlo Alberto Pinelli məlumat verib. Onun sözlərinə görə, 92 yaşlı fransız aktrisa İspaniyada vəfat edib.

Aktrisa Oscar mükafatı qazanmış “Kasablanka” filmində Yvonne rolunu oynamışdı.

1923-cü ildə Parisdə doğulan Madeline 1940-cı ildə həyat yoldaşı, məşhur aktyor Marsel Dalio ilə birlikdə faşist işğalı altına olan Fransadan qaçmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm