Dünya
Rusiya İŞİD terrorçularını saxta pasportlarla Türkiyəyə göndərir – ŞOK
Rusiya kəşfiyyat orqanları İŞİD terrorçuları üçün saxta pasport təşkil edərək Türkiyəyə göndərir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Böhran Qrupunun eksperti Yekaterina Sokiryanskaya bəyan edib.
O deyib ki, rus dili İŞİD üzvləri üçün ərəb və ingilis dilindən sonra üçüncü istifadə edilən ünsiyyət vasitəsidir. Onun sözlərinə görə, Rusiya İŞİD-i əcnəbi terrorçularla təmin edən əsas ölkələrdən biridir:
“Misal üçün, Saadu Şarapudinov adlı terrorçu 4 il öncə Rusiyada hüquq mühafizə orqanları tərəfindən axtarılırdı. Moskva polisi qanunsuz fəaliyyət göstərən radikal dini cərəyanın fəal üzvlərindən biri olmuş Saadu Şarapudinov barəsində axtarış elan etmişdi və o, terrorçu hesab olunurdu. Bunun da əsas səbəbi Saadu Şarapudinovun Rusiyaya qarşı silahlı mübarizəsə aparması idi. Ancaq 2012-ci ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən Saadu Şarapudinova əməkdaşlıq təklifi gəlir. Sharapudinova Rusyanı tərk etdiyi halda tutulmayacağı bildirildi.
Hətta, bunu Saadu Şarapudinov özü də belə etiraf etmişdi: “Qanunsuz fəaliyyət göstərdiyi deyilən bir təşkilatın fəal üzvü olduğum üçün hər tərəfdə axtarılırdım. Rus casusları isə gözləmədiyim halda mənə Rusiyadan getməyimi və əvəzində isə sərbəst qalacağım barədə təklif göndərdilər”. Sonradan Rusiya kəşfiyyatı həmin şəxsdən başqa ölkələrə qarşı terror planlarında istifadə edib. Hazırda bu ölkələrdən ən başda gedəni isə Türkiyədir”.
Vasif Həsənli
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var