AKP-li deputat rusları qorxutdu: “Vodkalı başla oxuyanda...”
Bizi izləyin

Dünya

AKP-li deputat rusları qorxutdu: “Vodkalı başla oxuyanda...”

Türkiyə Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Təyyarın basketbol üzrə Avroliqanın finalında Rusiyanın MOİK və Türkiyənin "Fənərbaxça" komandaları arasında keçirilən görüşdən sonra “Twitter”də yazdığı şərh rusları qəzəbləndirib.

Publika.az xəbər verir ki, türkiyəli millət vəkili Rusiya hərbi hava güclərinə hücumu təkrarlamağı təklif edib.

“Adam daha bir rus təyyarəsi düşürmək istəyir”, - Şamil Təyyar yazıb.

“Twitter”dəki bu şərhdən dərhal sonra rusiyalı jurnalistlər onunla əlaqə saxlayıb. Şamil Təyyar qorxmağa əsas olmadığını və zarafat etdiyini bildirib: “Rusiyadan xəbər agentliyi zəng etdi, ölkədə ictimaiyyət qaynayırmış. Vodkalı başla oxuyanda zarafat raket olub. Zarafat qardaşım, zarafat, rahat olun... Rusiya təyyarəsinin vurulmasının səhv addım olduğunu deyən biri olaraq ikinci səhvi niyə edim?”

Qeyd edək ki, MOİK 101-96 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm