Kremlə müharibə xəbərdarlığı: “Gec-tez baş verəcək”
Bizi izləyin

Dünya

Kremlə müharibə xəbərdarlığı: “Gec-tez baş verəcək”

NATO rəhbərliyi Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müttəfiq qoşunlarının komandiri, generalı Salvator Farina Rusiyanın Baltik dənizi bölgəsindəki hərəkətlərin təhlükəli davranışlar olduğunu bildirib.

Litvanın paytaxtı Vilnusu ziyarət edən general Rusiyanın döyüş təyyarələrinin keçən ay ABŞ-ın “Donald Cook” hərbi gəmisinin üzərindəki təhlükəli uçuşlarını xatırladıb.

“NATO və Rusiya arasında hələlik genişmiqyaslı müharibə ehtimalını görmürəm”, - general deyib.

Amma o əlavə edib ki, Rusiyanın Baltik dənizi bölgəsində təhlükəli davranışları gec-tez qarşıdurmaya səbəb olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm