Dünya
Tehrandan SOS: “Nüvə razılaşması təhlükədədir”
“İran “altılıqla” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) imzalanan nüvə razılaşmasının icrasından razı deyil”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin köməkçisi, Xarici İşlər Nazirliyinin Avropa və Amerika departamentinin başçısı Məcid Taxt-Rəvançi deyib.
Onun sözlərinə görə, ABŞ öz öhdəlikləri yerinə yetirmir.
“Bundan başqa Avropa bankları tərəfindən qorxular mövcuddur. Biz hələ Avropanın İranla bank əməkdaşlığı müşahidə etmirik. Bütün ticarət danışıqlarında bank problemi ən əhəmiyyətli məsələlərdən biridir”, - iranlı diplomat əlavə edib.
Qeyd edək ki, cari ilin yanvarında ABŞ, Avropa İttifaqı və BMT İrana qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Ancaq ABŞ maliyyə sistemi vasitəsilə dollarla edilən hesablamalarda bir sıra məhdudiyyətlər qalıb.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...