İsrailli dalğıclar Aralıq dənizində nəhəng xəzinə tapdı
Bizi izləyin

Dünya

İsrailli dalğıclar Aralıq dənizində nəhəng xəzinə tapdı

İsrailli dalğıclar Aralıq dənizi sahilində minlərlə antik Roma sikkəsi və bir çox bürünc heykəlin olduğu xəzinə tapıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsrail Qədim Əsərlər Təşkilatından bildirilib.

Təşkilat xəzinənin təxminən 1600 il əvvəl batan bir ticarət gəmisinin qalıqlarına aid olduğunu açıqlayıb. Açıqlamada tapılan sikkələr və abidələrin fərqli dövrlərə aid olduğu bildirilib.

Məlumata görə, bu, son otuz ildə tapılan ən böyük xəzinədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm