Rusiya Türkiyənin boranısından da imtina etdi
Bizi izləyin

Dünya

Rusiya Türkiyənin boranısından da imtina etdi

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) mayın 19-dan Türkiyədən kahı və boranının idxalını qadağan edir.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rosselxoznadzor”un şöbə rəisi İrina Andreyevsk bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın qəbuluna fitosanitar qaydaların sistematik pozulması olub.

Daha əvvəl isə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert SİTA ilə söhbətində bildirib ki, idarə perspektivdə Türkiyə istehsalı olan bitki məhsullarının idxalından tamamilə imtina edə bilər.

Qeyd edək ki, Rusiya 1 yanvar 2016-cı il tarixindən etibarən Türkiyədən bir sıra ərzaq mallarının idxalını qadağan edib. İki ölkə arasında münasibətlər ötən ilin noyabrında Türkiyə sərhədini keçən Rusiyanın Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulmasından sonra pisləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm