Əfqanıstanda ABŞ-ın 4 hərbçisi öldürüldü
Bizi izləyin

Dünya

Əfqanıstanda ABŞ-ın 4 hərbçisi öldürüldü

Taliban qüvvələri Əfqanıstanda ABŞ hərbiçilərinə qarşı ardıcıl olaraq bir neçə dəfə hücum həyata keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iki gün ard-arda davam edən hücumlar nəticəsində Taliban qüvvələri ABŞ ordusuna məxsus 1 helikopteri vurub, 4 hərbçisini isə öldürüb. Talibana qarşı keçirilən əməliyyatlarda Əfqanıstan ordusunun da 40-dan çox hərbçisi həlak olub.

Bundan əlavə, Taliban qüvvələri Əfqanıstanın şərqində yerləşən Qəznə şəhərindəki hərbi bazalara da hücum təşkil edib.

Bu hücum zamanı isə Əfqanıstan ordusunun 32 hərbçisi həlak olub, onlarla şəxs isə yaralanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm