Obamanı təhqir etdi: “ABŞ tarixinin ən pis prezidentisən”
Bizi izləyin

Dünya

Obamanı təhqir etdi: “ABŞ tarixinin ən pis prezidentisən”

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı, milyarder Donald Tramp dövlət başçısı Barak Obamanın tənqidlərinə cavab verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “Twitter”dəki mikrobloqunda yazdığı cavabında Barak Obamanı ABŞ tarixinin ən pis prezidenti adlandırıb.

Qeyd edək ki, Obama mayın 15-də Nyu-Cersi ştatında Ratqersk Universitetinin buraxılış mərasimində çıxış edib. O, çıxışında Trampın bir sıra təkliflərini, xüsusilə ABŞ-Meksika sərhədində divarın tikilməsi və “Amerikanı yenidən böyük edək” çağırışını tənqid edib.

Prezident bildirib ki, müsəlmanlara ABŞ-a girişi qadağan etmək təklifi Amerika dəyərlərinə xəyanətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm