Qorxunc iddia: Türkiyə “Kobra”sının vurulmasında rus barmağı
Bizi izləyin

Dünya

Qorxunc iddia: Türkiyə “Kobra”sının vurulmasında rus barmağı

Mayın 13-də Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalında qəzaya uğrayan “Kobra” helikopterinin İstanbul boğazlarından keçən Rusiyanın döyüş gəmisi “Kunikov”un göyərtəsində olan əsgərin çiynindəki SA-18 raket sistemi ilə vurulduğu təxmin edilir.

Publika.az xəbər verir ki, “Vatan” nəşrinin yazarı Murad Çelik helikopterin vurulduğu ehtimal edilən raket sisteminin rus əsgərinin çiynində olan sistemlə eyni model olduğunu yazıb.

Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar “Vatan”ın yazarı ilə söhbətində bildirib ki, PKK İraq və Suriyada İŞİD-lə mübarizə maskası və bəhanəsi altında müasir silahları ələ keçirib. Onun sözlərinə görə, sözügedən silahların terror təşkilatını himayə edən ölkələr tərəfindən verildiyi də sirr deyil. Bu silahlar arasında tank əleyhinə raketlər və zenit-raket sistemlərinin olduğu da məlumdur.

Xatırladaq ki, Türkiyə ordusu mayın 13-də Hakkari vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 8 şəhid verib. PKK terrorçularına qarşı döyüşdə 6 əsgər şəhid olub. Əsgərlərə kömək üçün əraziyə göndərilən helikopter də qəzaya uğrayıb. Qəza nəticəsində 2 əsgər şəhid olub. Helikopterin PKK terrorçuları tərəfindən vurulduğu güman edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm