• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Çavuşoğlu: “Türkiyə heç bir güzəştə getməyəcək”

  • Dünya
  • 17 May 2016 13:55
  • 679 Baxış
Çavuşoğlu: “Türkiyə heç bir güzəştə getməyəcək”

“Ankara terrorçuluğa qarşı qanunvericiliyin dəyişikliyi haqqında Avropa Birliyinin tələbini terrorizmə dəstək kimi qiymətləndirir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyə hər hansı güzəştlərə getməyəcək.

Türkiyənin baş diplomatı həmçinin Ankaranın Avropa Birliyini təhdid etdiyi barədə deyilən fikirləri təkzib edib: “Yox, biz hədələmirik. Sadəcə həqiqəti deyirik. Hər şeyi şişirtmək lazım deyildir. Bu, viza rejiminin elementar sadələşdirilməsidir, Avropa Birliyinə üzvlük deyil”.

Çavuşoğlu əlavə edib ki, Avropa Birliyi Türkiyənin iştirakı olmadan qlobal oyunçu ola və iqtisadi problemlərini həll edə bilməyəcək.

Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi (AB) Şurası və Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək. Razılaşmanın təsdiqi üçün isə “72 kriteriya” adlanan şərtlərin yerinə yetirilməsi lazımdır.

Daha sonra AP-nin başçısı Martin Şulz deyib ki, Türkiyə şərtləri yerinə yetirmədən viza məsələsi parlamentdə müzakirə olunmayacaq. O, Türkiyənin qarşısına qoyulan 72 şərtdən beşini yerinə yetirmədiyini bildirib. Bunların arasında terrorla mübarizə qanunu və şəxsi məlumatlarla bağlı hüquqi tənzimləmələr də var.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Birliyinin mövqeyini sərt tənqid etdi. Onun sözlərinə görə, Ankara terrorçuluğa qarşı qanunlarını dəyişdirməyəcək. Ərdoğan Türkiyənin “öz yolu” ilə getdiyini deyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>