• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Burnuna görə edam olunacaq - FOTO

  • Dünya
  • 4 Aprel 2014 09:36
  • 1 967 Baxış
Burnuna görə edam olunacaq - FOTO

33 yaşlı Çinli Lyan Enginin məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə o, edam cəzasına layiq bilinib.

Burnunu əməliyyat edən plastik cərrahın işi xoşuna gəlməyən və "yeni burun"dan narazı qalan Lyan Engin həmin cərrahı bıçaqlayaraq qətlə yetirmişdi.

Milli.Az The South Morning Post-a istinadən bildirir ki, qanlı olay ötən ilin oktyabrında Çinin Çjeszyan vilayətindəki Venlin şəhərində yerləşən 1 saylı Xalq Xəstəxanasının otolorinqologiya şöbəsində baş vermişdi.


Cərrahiyyə əməliyyatından sonra burnunun formasından narazı qalan Lyan Engin şöbəyə girmiş, üç həkimə hücum etmişdi.

Onun bıçaqladığı 3 cərrahdan biri aldığı yaralardan həlak olmuşdu.

Çjezyan Vilayət Ali Məhkəməsində Lyan suçunu etiraf edib.

"Burnum əyri idi və xəstəxanaya gedərək burnumu əməliyyat etdirdim. Lakin əməliyyatdan sonra burnum daha da pis oldu. Güclə nəfəs alırdım, işləyə bilmirdim", - Lyan Engin deyib.


Müttəhimin bacısı, 27 yaşlı Lyao Syao verdiyi ifadəsində bildirib ki, qardaşı cərrahiyyə əməliyyatının sonuclarından narazı qalaraq xəstəxanaya dəfələrlə şikayət etsə də, ona qulaq asmayıblar.


"Qardaşımı dinləmək istəmirdilər. Üstəlik, həmin əməliyyatdan sonra qardaşımın psixikasında problemlər başladı. O, davranış pozuntuları diaqnozu ilə bu yaxınlarda Şanxay Psixi Sağlamlıq Mərkəzində müalicə olunub. Məhkəmədən xahiş edirəm ki, bu amillər nəzərə alınsın", - Lyao Syao deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR