Silah, Türkiyə və NATO – Qarabağ münaqişəsinin üç gizli səbəbi
Bizi izləyin

Dünya

Silah, Türkiyə və NATO – Qarabağ münaqişəsinin üç gizli səbəbi

“Rusiyanın Qarabağda sülhə çalışdığı ciddi şübhə doğurur. Rusiyanın bu rəftarının üç səbəbi var”.

Publika.az xəbər verir ki, bu barədə “The Huffington Post” nəşri yazıb.

Birincisi: Rusiya Azərbaycan və Ermənistanı silahlandırır. Ermənistana zirehli texnika, ağır artilleriya verir. Sarkisyan rejimi yüksək korrupsiya faktlarına görə ictimai qınağa səbəb olub. Erməni məmur Mihran Poqosyanın Panama sənədlərində adının çəkilməsi, çirkli pulların yuyulması kimi faktlar Sarkisyanın etibarını alt-üst edib. Belə bir vaxtda onun Qarabağda hərbi rolu artırması təbii görünə bilər. Rusiya da atəşkəsin pozulmasına baxmayaraq, hər iki tərəfə silah satmaqda davam edir. Rusiya Baş nazirinin müavini Dmitri Roqozin stabilliyi pozan bu siyasətə haqq qazandırıb. Onun əsaslandırmasına görə, hər iki tərəf Moskvanın strateji tərəfdaşlarıdır və Rusiya müqavilələrlə bağlı öhdəliklərini yerinə yetirməlidir.

İkincisi: Rusiya İŞİD-lə mübarizəni siyasiləşdirərək, Cənubi Qafqazda mövqeyini gücləndirir. Aprelin 4-də ortaya iddia atıldı ki, guya Azərbaycan tərəfi İŞİD-çilərdən istifadə edir. Bu məntiqsiz iddia idi. Çünki ən azından hər kəs Azərbaycanın şiə ölkəsi olduğunu bilir və rəsmi Bakı radikalları qəbul etmir. Əslində bu iddiaların arxasında Rusiyanın oyunu dayanır. Moskva İŞİD faktorunu gündəmə gətirərək, Cənubi Qafqaza daxil olmaq və orada təhlükəsizliyi təmin etmək adı altında qalmaq niyyətindədir. Suriyada da eyni ssenari oynanıldı.

Üçüncüsü: Münaqişənin dondurulmuş qalması, Rusiyanın bölgədə təsir gücünün saxlanılması deməkdir. Münaqişənin dondurulmuş qalmasında rusların üç marağı var: 1. Ermənistan üzərində hegemonluq etməyə imkan verir. Son hərbi toqquşmalar da göstərdi ki, Ermənistan Rusiyanın silahına ehtiyac var, Kreml də bu silahları hətta aşağı qiymətə verməkdən də məmnundur. 2. Münaqişənin dondurulmuş qalması Türkiyəni hərbi cəhətdən mühasirədə qalmasına imkan verir. Ukrayna, Suriya və Ermənistanda hərbi mövcudluğunu saxlayan Rusiya Ankaranın hədəsi qarşılığında dərhal onu vura bilər. 3. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın NATO-ya qapısının açılması deməkdir. “Vikileaks”ın 2007-ci ildə yaydığı sənədlərdən bəlli olurdu ki, Azərbaycan siyasi elitası NATO-ya girişi bəyənir. Lakin bu istiqamətdə istənilən addım Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm