Moskva işğal etdiyi ərazidə kompleks qurur
Bizi izləyin

Dünya

Moskva işğal etdiyi ərazidə kompleks qurur

Rusiya Sevastopol yaxınlığında yerləşən “Dnepr” radiolokasiya stansiyasının (RLS - raket hücumundan erkən xəbərdarlıq sistemi) fəaliyyətini bərpa edəcək.

Publika.az xəbər verir ki, bu haqda “İzvestiya” nəşri hərbi sənaye kompleksinin nümayəndəsinə istinadən bildirib.

Nəşrin məlumatına görə, RLS-in fəaliyyətə başlaması raket hücumlarından Rusiyanın dairəvi müdafiəsini təmin edəcək. Məsələn, Aralıq dənizinin akvatoriyasından buraxılmış Amerikanın “Tomahawk” raketi 120 dəqiqə ərzində Moskvaya qədər uça bilər. Bu müddət onu məhv etmək üçün kifayət edir.

“Dnepr” stansiyası on ildən çoxdur ki, istismar edilmirdi. Hərbi obyekt SSRİ-nin dağılmasından sonra Ukraynaya keçib. Rusiya RLS-i bir müddət icarə əsasında işlədib, daha sonra müqavilənin icrası Kiyevin mövqeyinə görə dayandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm