NATO-nun 29-cu üzvü bu ölkə olacaq
Bizi izləyin

Dünya

NATO-nun 29-cu üzvü bu ölkə olacaq

NATO Çernaqoriyanın ittifaqa girişi haqqında protokolunun imzalanacağı tarixi açıqlayıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, protokol mayın 19-da NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə imzalanacaq.

Bundan sonra Çernaqoriya “dəvət edilmiş” üzv statusunu alacaq. Bu status NATO toplantılarında Çernaqoriyaya müşahidəçi qismində iştirak etməyə imkan verəcək.

Ölkənin ittifaqa 29-cu tamhüquqlu üzv olması üçün sənəd NATO-nun bütün üzv ölkələri tərəfindən təsdiqlənməli və NATO baş katibindən son dəvəti almalıdır. Çernaqoriyanın ittifaqa üzvlük perspektivlərini şərh edən NATO-nun nümayəndəsi bildirib ki, təsdiqetmə prosesi milli prosedurlardan asılıdır və onun nə qədər davam edəcəyini demək çətindir.

Qeyd edək ki, NATO Çernaqoriyanı 2015-ci ilin dekabrında ittifaqın 29-cu üzvü olmağa dəvət edib. Bu, Rusiya tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm