Lavrovdan Türkiyəyə inanılmaz ittiham: “İŞİD üçün...”
Bizi izləyin

Dünya

Lavrovdan Türkiyəyə inanılmaz ittiham: “İŞİD üçün...”

“Bir çox amil var ki, “İslam dövləti” terror qruplaşmasının təchizatı üçün Türkiyə tərəfindən yaradılmış çox ciddi şəbəkənin olduğunu deməyə əsas verir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

“Türkiyə-Suriya sərhədinin təxminən 90 kilometrdən çoxuna Suriya tərəfdən İŞİD nəzarət edir. Yaxın ərazilərdə kürdlərin iki anklavı var. Türkiyə vaxtaşırı bildirir ki, əgər kürdlər sərhədin bu bölməsindən İŞİD-i sıxışdırıb çıxarmağa başlayarsa, Ankara buna, yəni iki kürd anklavının güclərinin birləşməsinə dözməyəcək”, - nazir bildirib.

Lavrovun sözlərinə görə, Türkiyə tərəfindən “yaradılan” şəbəkə maskalanmağa və İŞİD-in təchizatını davam etdirməyə imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm