• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

İndoneziyada 17 nəfəri sel aparıb

  • Dünya
  • 18 May 2016 08:48
  • 317 Baxış
İndoneziyada 17 nəfəri sel aparıb

İndoneziyada turizm zonasında baş verən daşqın nəticəsində azı 17 nəfər ölüb, üç nəfər isə itkin düşüb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, 70 universitet tələbəsi və onların bələdçiləri Şimali Sumatrada Dua Varna şəlaləsini ziyarət edən zaman şəlalələrin birindən yüksək axınla su gəlməyə başlayıb.

Şimali Sumatranın qubernatoru Tengku Nuradi itkin düşən insanların axtarışının havadan davam etdirildiyini deyib.

Reuters xəbər agentliyinin məlumatına əsasən, bazar ertəsi axtarış başlanan zaman bir cəsəd aşkar edilib. İtkin düşənlərin axtarışını 300 nəfərlik xilasetmə komandası davam etdirir.

Tələbələrdən birinin müxbirlərə verdiyi məlumata görə, qrup şəlalərin birindən palçıqlı su axını gəlməyə başlayanda həmin şəlalənin yanında dayanıb. O bildirib ki, tur bələdçisi onlara suyun heç vaxt bu səviyəyə qalxmadığını deyib.

Qəfil daşqınlar adətən aprel ayında bitən mussonlar mövsümündə İndoneziyada tez-tez baş verir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR