ABŞ-dan Çinə gözlənilməz “embarqo”
Bizi izləyin

Dünya

ABŞ-dan Çinə gözlənilməz “embarqo”

Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Çinin polad istehsalçılarından aldığı gömrük vergisini 522 faiz artırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Ticarət Nazirliyinin çinli istehsalçıları məhsullarını bazar qiymətindən kənar satması ilə bağlı yoxlaması olub.

Yoxlama zamanı məlum olub ki, Çin yerli bazarda artıq qalan keyfiyyətsiz polad mallarını ABŞ və Avropa bazarlarına təkrar satırmış.

ABŞ tərəfindən vergi rüsumunun artırılması bundan sonra Çin istehsalı olan polad lövhələrin keyfiyyətinə də təsir edəcək. Bu polad materiallardan daha çox avtomobil, konteyner istehsalında və tikintidə istifadə edilir.

Eyni zamanda, ABŞ-dakı əsas polad istehsalçıları olan şirkətlər Beynəlxalq Ticarət Komissiyasına müraciət edərək Çindən alınan bütün polad materiallarının idxalının tamamilə qadağan edilməsini istəyiblər. Amerikanın yerli şirkətləri Çinin bu bazarda yaratdığı ədalətsiz rəqabət səbəbindən təkcə 2015-ci ildə 12 min işçinin ixtisar olunduğunu bəyan ediblər.

Xatırladaq ki, 2015-ci ildə Çindən ABŞ-a təqribən 272 milyon dollarlıq polad ixrac edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm