Rusiyaya çağırış: Ərazi bütövlüyü prinsipinə riayət et!
Bizi izləyin

Dünya

Rusiyaya çağırış: Ərazi bütövlüyü prinsipinə riayət et!

“Polşa NATO və Rusiya arasında “soyuq müharibə”də maraqlı deyil”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Ancey Duda İtaliyaya səfərinin gedişatında deyib.

“Səhv riskini azaltmaq və münaqişələrdən qaçmaq üçün bizə məqsədyönlü dialoq lazımdır”, - prezident bildirib.

Bundan başqa, Polşa prezidenti əmindir ki, Rusiya və NATO arasında dialoq beynəlxalq hüquq və bütün ölkələrin ərazi bütövlüyünə riayət etmə prinsipləri üzərində qurulmalıdır.

Xatırladaq ki, ötən həftə Polşada ABŞ-ın raket əleyhinə müdafiə sisteminin tikintisi başlanıb. Bu məqsədlə keçirilən mərasimdə Ancey Duda bildirib ki, bu cür obyektlər azad dünyanın təhlükəsizliyini möhkəmləndirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm