Nyu-Yorkda güclü yanğın – metro fəaliyyətini dayandırdı - FOTO
Bizi izləyin

Dünya

Nyu-Yorkda güclü yanğın – metro fəaliyyətini dayandırdı - FOTO

Nyu-York metrosu yaxınlığında güclü yanğın baş verib.

Publika.az “New York Daily News” qəzetinə istinadən xəbər verir ki, yanğın şəhərin Harlem rayonunun şərq hissəsində propan qazının olduğu balonların partlaması nəticəsində başlayıb.

Məlumata görə, propan qazının olduğu balonlar metro xətlərinin altında yerləşən anbarda saxlanılıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları sonrakı partlayışların qarşısını almaq üçün daha 20 balonun yerini dəyişiblər.

Nyu-York şəhərinin yanğınsöndürmə xidmətinin məlumatına görə, alovun ram edilməsi üçün əraziyə 168 yanğınsöndürən və 39 texnika cəlb olunub.

Bildirilir ki, bir neçə istiqamətdə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Zərərçəkənlər haqqında məlumat yoxdur. Yanğın nəticəsində ən azı on avtomobilə zərər dəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm