Dərbənddə əməliyyat: “Sadvalçı” merin evi mühasirədə
Bizi izləyin

Dünya

Dərbənddə əməliyyat: “Sadvalçı” merin evi mühasirədə

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlı dəstəsi Dərbənd şəhərinin keçmiş meri İmam Yaraliyevin evinə hücuma başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hazırda evin yerləşdiyi küçədə hərəkət məhdudlaşdırılıb.

“Çernobik” nəşri Dağıstan Muxtar Respublikasının güc strukturlarındakı mənbəyə istinadən dəqiqləşdirib ki, axtarışlar Yaraliyevin Dərbənd, Mahaçqala və Aşaqa-Stal kəndindəki evlərində, həmçinin Arablinka kəndindəki bağında aparılacaq.

Qeyd edək ki, keçmiş mer barəsində 2015-ci ildə Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb. İddia olunur ki, 2010-cu ildən mer vəzifəsini icra edən Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500 kv.m. torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirmək istəyib.

İstintaqın məlumatına görə, o, dövlət mülkiyyətinə 36 milyon rubl zərər vurub.

Yaraliyev 2010-cu ildən 2015-ci ilə qədər Dərbəndin başçısı olub. O, daha əvvəl respublika prokuroru, Xalq məclisinin deputatı və respublika Dövlət Şurasının üzvü vəzifələrini tutub.

Əlavə edək ki, bəzi məlumatlara görə, İmam Yaraliyev “Sadval” tərəfindən çox ciddi şəkildə dəstəklənirdi. Bəzi mənbələr isə onu “Sadval”ın bölgədəki himayədarı adlandırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm