Qubalı milyarderlərin ermənilərlə işbirliyi - FAKT
Bizi izləyin

Dünya

Qubalı milyarderlərin ermənilərlə işbirliyi - FAKT

Moskvadakı “Fud Siti” ticarət mərkəzində Ermənistanın pavilyonu açılacaq.

Modern.az xəbər verir ki, daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının satışı üçün nəzərə tutulan mərkəzdə ermənistanlı istehsalçılar öz məhsullarını təqdim edəcəklər.

Məlumata görə, pavilyonun qurulması Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə Rusiya arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi məqsədini daşıyır.

“Ermənistan” ticarət-sərgi pavilyonunun mayın 28-də Yerevan sənaye-ticarət palatası ilə birlikdə daimi əsasda “Fud Siti” mərkəzində açılacaq.

Xatırladaq ki, 88 hektar sahədə yerləşən “Fud Siti” Moskvanın ən böyük aqroklasteri hesab olunur. Naviqasiya, loqistika və nəqliyyat mərkəzi də olan kompleks məhsul alıcıları və satıcıları arasında vasitəçisiz əlaqə qurur.

Xatırladaq ki, “Fud Siti” 2014-cü ildə istifadə verilib. Onun sahibləri əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan milyarderlər Qod Nisanov və Zarah İliyevdir. “Forbes”in məlumatına görə, qubalı milyarderlərin 2015-cdi il üçün şəxsi sərvəti 4,7 milyard dollara çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm