ŞOK PROQNOZ: “Rusiya ilə NATO arasında nüvə müharibəsi olacaq”
Bizi izləyin

Dünya

ŞOK PROQNOZ: “Rusiya ilə NATO arasında nüvə müharibəsi olacaq”

NATO-nun Avropadakı qüvvələrinin komandanın keçmiş müavini, britaniyalı general Aleksandr Riçard Şirreff Rusiya ilə mümkün nüvə müharibəsi barədə xəbərdarlıq edib.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, general nüvə müharibəsinin ən yaxın bir il ərzində baş verə biləcəyini deyib.

Britaniya generalın fikrincə, Moskva Baltikyanı ölkələrə qarşı təcavüzkar siyasət aparır. Şirreff hesab edir ki, Rusiya müdaxilə üçün bəhanə kimi Baltikyanı ölkələrində rusdilli azlığın hüquqlarının “pozulması”ndan istifadə edə bilər.

Onun fikrincə, məhz Baltikyanı ölkələr Rusiya tərəfindən mümkün təhlükənin episentridir. General hesab edir ki, burada daim NATO güclərinin olması tələb olunur.

Qeyd edək ki, Şirreff Şimali Atlantiki blokunun rəhbərliyində “müharibə partiyası”nın nümayəndəsi kimi məşhurdur. 2014-cü ildə postundan gedən general kitab yazmaqla məşğuldur. Onun yeni kitabı “Rusiya ilə müharibə: 2017” NATO və Moskvanın hipotetik münaqişəsinə həsr edilib.

NATO-nun Avropadakı komandanı Kertis Skaparotti bu ayın əvvəlində ittifaq ölkələrini Rusiyaya qarşı durmağa çağırıb. Generalın sözlərinə görə, Rusiya özünü dünya dövləti kimi proyeksiya etməyə cəhd edir.

Skaparottinin sələfi, amerika generalı Filip Bridlav isə martın 1-də bildirib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Avropada Rusiya ilə mümkün müharibəyə hazırlıq görürlər. O, daha əvvəl ABŞ-ın Aavropada Rusiya ilə vuruşmağa hazır olduğunu və qalib gələcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm