ABŞ İŞİD-in neft gəlirlərini açıqladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-in neft gəlirlərini açıqladı

Koalisiya qüvvələrinin İŞİD terror təşkilatına qarşı əməliyyatları nəticəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının Suriya və İraqda neft gəlirləri iki dəfə azalıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yaxın Şərqdə ABŞ komandanlığının nümayəndəsi, polkovnik Stiv Uorren bildirib.

“ABŞ Maliyyə Nazirliyi yaxın vaxtlarda bizimlə rəqəmləri paylaşdı. Nazirliyin qiymətləndirməsinə görə, İŞİD-in neft istehsalı 30-50 faiz azalıb”, - Uorren deyib.

Hazırda İŞİD dünyanın təhlükəsizliyi üçün əsas təhdidlərdən biridir. Qruplaşma üç il ərzində İraq və Suriyanın əhəmiyyətli hissəsini tutmağı bacarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm