• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Poroşenko: “Moskvada istəyirlər ki, onlar yox olsunlar”

  • Dünya
  • 19 May 2016 03:44
  • 633 Baxış
Poroşenko: “Moskvada istəyirlər ki, onlar yox olsunlar”

Ukrayna prezidenti Pyotr Poroşenko Krım tatarlarının deportasiyasının ildönümündə onlarla həmrəyliyini ifadə edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, prezident bu gün özünün də tatar olduğunu deyib.

“Deportasiya edilənlərlə bağlı sənədli sübutları oxuyanda qan damarlarda donur. Bu gün Kremlin ciddi sınaqlarına məruz qalaraq deportasiya olunan Krım tatarları, həmçinin başqa etnik qrupların nümayəndələrini yada salırıq. Krım tatarları deportasiyanın bütün illəri ümidini itirmədi və heç vaxt evə qayıtmaq üçün mübarizəni dayandırmadı. Yetmiş iki il əvvəl on minlərlə Krım tatarı doğma Krımı tərk etməyə məcbur edildi. Moskvada istəyirlər ki, Krım tatarları həmişəlik sussunlar və yox olsunlar. Amma bu olmayacaq, çünki Krım tatarlarının səsi bütün dünyada var güc ilə səslənir”, - Poroşenko bildirib.

Prezident bildirib ki, Rusiya işğalçıları yalnız ana dilində danışdığı üçün insanları həbsxanalarda gizlədir.

“İnanmaq çətindir, Avropanın mərkəzində bunu necə edə bilər?”, - dövlət başçısı qeyd edib.

Poroşenko həmçinin xatırladıb ki, Rusiya məhkəməsi Krım Tatar Məclisini qadağan edib və onun rəhbərliyinin bir hissəsi həbsxanadadır.

Qeyd edək ki, 18 may 1944-cü il tarixində bütün Krım tatarlarının yarımadadan deportasiyası başlanıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>