Rusiya Yanukoviçin ekstradisiyasından imtina etdi
Bizi izləyin

Dünya

Rusiya Yanukoviçin ekstradisiyasından imtina etdi

Rusiya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi Ukraynaya ekstradisiyasından imtina edib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Baş prokurorluğunun Əsas istintaq idarəsinin xüsusi araşdırmalar bölməsinin rəisi Sergey Qorbatyuk bildirib.

“Rusiya ərazisində istintaq hərəkətlərinin aparılması son ana qədər qeyri-mümkün idi. Çünki bizim heç bir sorğumuza cavab verilmirdi. Bu gün Ukrayna Baş prokurorluğuna ekstradisiyadan imtina haqqında cavab daxil olub. Buna görə biz Yanukoviçin Rusiya ərazisində dindirilməsi məsələsini qoyacağıq”, - o, qeyd edib.

Qorbatyuk vurğulayıb ki, istintaq hərəkətləri yalnız Rusiyanın hüquq-mühafizə orqanlarının iştirakı ilə aparıla bilər.

O, bildirib ki, Yanukoviçin beynəlxalq axtarışı davam edir. Amma sabiq prezidentin vəkili Vitali Serdyukun sözlərinə görə, “İnterpol” Yanukoviçin beynəlxalq axtarışını dayandırıb.

Qeyd edək ki, Yanukoviç 2014-cü ilin fevralında ölkəni tərk edib. O, axtarışa verilib və Ukrayna ərazisindəki bütün əmlakına həbs qoyulub. Kiyev İnterpol vasitəsi ilə onun xaricdəki hesablarının həbsinə nail olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm