Kreml separatçılara verdiyi qazın pulunu Kiyevdən tələb etdi
Bizi izləyin

Dünya

Kreml separatçılara verdiyi qazın pulunu Kiyevdən tələb etdi

Ukraynanın “Naftoqaz” şirkəti “LXR” və “DXR” separatçı rejimlərin nəzarətində olan əraziyə çatdırılan təbii qazın pulunu “Qazprom” şirkətinə ödəməkdən imtina edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Naftoqaz” şirkətinin mətbuat xidmətindən bildirilib.

“Qazprom”un Naftoqaz”dan tələb etdiyi məbləğ isə 670 milyon dollar təşkil edir. Kiyev bildirir ki, Ukrayna separatçıların nəzarətində olan ərazilərə verilən qaza görə vəsait ödəmək niyyətində deyil.

“Qazprom” 2015-ci ilin fevralından Ukraynanın cənubi-şərqinə birbaşa təbii qaz nəqlinə başlayıb. “Naftoqaz” Kiyevin nəzarətində olmayan əraziləri qazla təchiz etməkdən imtina edib. Ukrayna şirkəti bu qərarı döyüş əməliyyatlarına görə qaz kəmərlərinin dağıdılması ilə əlaqələndirib.

“Qazprom” hesab edir ki, Donbasa verilən təbii qazın pulunu “Naftoqaz” ödəməlidir. Rusiya tərəfi hesab edir ki, Ukraynanın cənubi-şərqinə Rusiya qazının birbaşa çatdırılması Ukraynanın dövlət şirkəti ilə imzalanan müqaviləyə uyğundur. “Naftoqaz” isə əksinə, sözügedən əraziyə qazın nəqlini tanımır.

Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, “Naftoqaz” pulu ödəməyəcəyi halda, məsələ məhkəmədə həll ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm