Bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Bizi izləyin

Dünya

Bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb

Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs xüsusi təyinatlılar tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib

“Xilasetmə əməliyyatı zamanı silahlı müqavimət göstərən şəxs məhv edilib. Girovlar azad olunub”, deyə mənbə bildirib”.

Məlumata görə, külli miqdarda pul istəyən cinayətkar bank binasını partladacağı barədə hədə-qorxu gəlib.

Qeyd edək ki, hadisə “Moskva kredit bankı”nın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm