Dünya
İki İŞİD lideri öldürülüb
ABŞ-ın hava hücumları zamanı İŞİD-in İraqda iki “xüsusi əhəmiyyətə malik üzvü” qətlə yetirilib.
Bağdadda ABŞ hərbi qüvvələrinin xüsusi nümayəndəsi, polkovnik Stiv Uorren hava hücumları zamanı Əbu Həmzə və Əbu Safiyənin, eləcə də üçüncü döyüşçünün qətlə yetirildiyini bildirib.
Uorren deyib ki, İraqda Əl-Qaidə qrupunun keçmiş üzvü olan Əbu Həmzə İraqda 2011-ci ildə sona çatan müharibədə amerikalılara qarşı hücumlar planlaşdırıb və təşkil edib.
O bildirib ki, Əbu Həmzə həmçinin İraqda İslam Dövləti qrupunun döyüşçüləri arasında koordinasiya, onların təchizatı və maliyyə ilə təmin edilməsinə görə məsuliyyət daşıyırdı.
Əbu Safiyə İraqda Fərat çayı vaidisində kimyəvi hücumlara görə məsuliyyət daşıyırdı.
Pokovnik Uorren bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələri 2015-ci ildən İŞİD-in 120 yüksək səviyyəli döyüşçüsünü qətlə yetirib.
Lakin o əlavə edib ki, son günlər İŞİD paytaxt Bağdad və onun ətrafında 140-dan çox insanın ölümülə nəticələnmiş bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."