Boko Haramın oğurladığı qızlardan biri tapılıb
Bizi izləyin

Dünya

Boko Haramın oğurladığı qızlardan biri tapılıb

Nigeriyada Boko Haram islamçı qruplaşması tərəfindən qaçırılmış qızlardan biri tapılıb.

Publika.az xəbər verir ki, bu, oğurlanmış məktəblilər arasından tapılmış ilk qızdır.

Nigeriyanın şimal-şərqində 2014-cü ilin aprel ayında oğurlanmış 218 məktəbli qızın yeri məlum deyil.

Fəalların BBC-ə verdiyi məlumata görə Əminə, Əli Nkeki adlı qız çərşənbə axşamı Kamerunla sərhədə yaxın meşəlikdə tapılıb.

Əminənin mülki döyüşçü tərəfindən tapıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm