Rusiya Krımı 25 min hərbçi ilə işğal edib – RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya Krımı 25 min hərbçi ilə işğal edib – RƏSMİ

2014-cü ilin martında Krım böhranı zamanı Rusiya yarımadaya 9 min hərbi qulluqçu göndərib.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Avropa Birliyi yanında daimi nümayəndəsi Vladimir Çijov “Deutsche Welle” radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1997-ci ildə Rusiya və Ukrayna arasında imzalanan ikitərəfli razılaşmaya uyğun olaraq Rusiya Krımda 25 min hərbi qulluqçunu saxlamaq hüququna malik olub. Diplomat qeyd edib ki, Krım böhranından əvvəl yarımadada 16 min Rusiya hərbi qulluqçusu olub.

Vladimir Çijov 9 min hərbçinin hava nəqliyyatı vasitəsilə yarımadaya göndərildiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm