Təyyarə qəzasında terror izi – FSB səbəbləri açıqladı
Bizi izləyin

Dünya

Təyyarə qəzasında terror izi – FSB səbəbləri açıqladı

“Misirin “EgyptAir” şirkətinin avialaynerinin qəzası ehtimal ki, terror aktı ilə bağlıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib.

“Təəssüf ki, bu gün Misir hava yollarının təyyarəsi qəzaya uğradı. Ehtimal ki, bu terror aktıdır və 12 ölkənin 66 vətəndaşı həlak oldu”, - Bortnikov bildirib.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “Egyptair” aviaşirkətinin “Airbus A320” (MS804 reysi) təyyarəsi ötən gecə Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təsdiq olunmamış məlumatlara görə, təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb.

Hazırda təyyarənin axtarışları davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm