• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

CXP və MHP birləşirmi?

  • Dünya
  • 4 Aprel 2014 11:37
  • 461 Baxış
CXP və MHP birləşirmi?

Türkiyədə bələdiyyə seçkiləri başa çatandan dərhal sonra avqust ayında keçiriləcək prezident seçkiləri medianın əsas gündəm mövzusuna çevrilib. Xalq ilk dəfə birbaşa səsvermə ilə Türkiyə prezidenti seçiləcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədi böyük ehtimalla baş nazir Rəcəb Təyyib Ərdoğan olacaq. AKP-nin namizədinin Ərdoğan olmayacağı halda, bu şəxsin prezident Abdullah Gül olacağı deyilir. Bəs, müxalifətin namizədi kim, yaxud da kimlər ola bilər?

Müxalifətin bu məsələdə necə davranacağı barədə ilk siqnal dünən Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğludan gəlib: “Vahid namizəd irəli sürə bilərik”.

Publika.Az – ın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Millətçi Hərəkat Partiyasının (MHP) sədr köməkçisi Tuğrul Turkeş K.Kılıçdaroğlunun dilə gətirdiyi “vahid namizəd” formatına müsbət baxdıqlarını söyləyib.

MHP sədrinin köməkçisi vahid namizədin məhz onun partiyasından ola biləcəyini deyib. Bələdiyyə seçkilərindən sonra ana müxalifətə çevrildiyini deyən T.Turkeş “Seçkilərin nəticəsində MHP-nin önü açılıb. MHP artıq ikinci partiya və iqtidar alternatividir” deyib.

“Sağ seçicinin CXP-yə səs verməsi asan deyil. AKP-nin alternativi CXP deyil, MHP-dir. Bu məsələdə inad etməyinin mənası yoxdur. Bu gün həm AKP, həm də CXP seçicilərinin ikinci seçimi MHP-dir”, - MHP sədrinin köməkçisi müxalifətin prezidentliyə namizədinin MHP-li ola biləcəyini dilə gətirib.

O, MHP-nin çətiri altında qurulacaq ittifaqın Türkiyənin önünü açacağını bildirib. Bələdiyyə seçkilərinin baş nazir Rəcəb Təyyib Ərdoğana Köşk yolunu açmadığını, əksinə səslərini azaltdığını deyən T.Türkeş onun işinin asan olmayacağını ifadə edib:“AKP-lilər baş nazirin gərgin işindən yorulduğu üçün Çankayaya getməsini istəyə bilər. Amma onun işi asan deyil. Səsləri 49,5 faizdən 43 faizə düşüb”.

Dünən isə bu barədə saytımızda gedən bir yazıda CXP və MHP-nin vahid namizəd məsələsində razılaşmayacağı halda “Ərgenekon” iddiası ilə həbs olunan və yenicə azadlığa buraxılan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri İlker Başbuğ üzərində dayanılacağı bildirilmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR