Putin nyu-yorklulara göz vurdu və ... itdi – VİDEO
Bizi izləyin

Dünya

Putin nyu-yorklulara göz vurdu və ... itdi – VİDEO

Nyu-Yorkdakı Tayms-skverdə gəzən insanlar bir anlıq şok yaşayıblar. Məsələ ondadır ki, reklam ekranlarından birində Rusiya prezidenti Vladimir Putinin əksi peyda olub. O, göz vurandan sonra ekrandan itib.

Publika.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, animasiya ekranda “Volvo” avtomobilinin reklamı zamanı peyda olub. Təsadüfən hadisəni kameranın yaddaşına köçürən amerikalı təəccübünü gizlətməyib. Şahidlər isə bildiriblər ki, Rusiya lideri artıq bir neçə gündür müntəzəm olaraq “amerikalıların rahatlığını pozur”.

Güman edildiyinə görə, bu “svitçerlərin” əməyinin bəhrəsidir. Onlar başqa yerdən rəqəmsal monitorların işinə qoşularaq, istədikləri təsviri ekrana verirlər. “Svitçerlər” bu addımla hansısa problemə və ya ictimai xadimə diqqət cəlb etmək istəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm